2026 Uşaq Geyim Trendləri
Yeni mövsümdə 2026 uşaq geyimi kolleksiyalarında əsas fokus "minimalizm və funksionallıq" üzərinə olacaq. Valideynlər övladları üçün geyim seçərkən təkcə görünüşə deyil, eyni zamanda geyimin keyfiyyətinə və uzun müddətli istifadəsinə də diqqət yetirirlər. Pastel tonlar, torpaq rəngləri və təbiəti xatırladan yaşıl çalarlar 2026-cı ilin rəng palitrasının əsasını təşkil edəcək.
Valideynlər 2026-cı ildə uşaqları üçün geyim seçərkən aşağıdakı məqamlara diqqət etməlidirlər:
- Təmiz parçalar: Körpə geyimlərinin materialı təmiz parçalardan ibarət olmalıdır. Uşaqların həssas dərisini qorumaq üçün heç bir kimyəvi qatqısı olmayan orqanik parçalar, yəni pambıq, kətan və digər bu tipli təmiz parçalar daha çox ön planda olacaq.
- Geniş və Rahat Kəsimlər: Dar geyimlər öz yerini "oversize" və sərbəst hərəkəti təmin edən modellərə verməyə davam edir. Bu trend həm oyun saatlarında, həm də yuxu zamanı uşaqlara maksimum komfort təmin edir.
- Funksional Dizayn: Ciblərin çoxluğu, çıxarıla bilən kapüşonlar və ölçüsü tənzimlənən (böyüyən) paltarlar valideynlərin seçimləri sırasında olacaq.
2026 Uşaq Geyimində Rəng və Naxışlar
2026-cı ildə uşaq geyimləri mövsümə uyğun materiallar və naxışlarla ön plana çıxacaq. Yaz aylarında kətan və nazik pambıq parçalar daha çox istifadə olunarkən, payız və qış mövsümündə trikotaj parçalar və süni xəz detallarından istifadə olunacaq.
Rəng seçimində təbiəti xatırladan xardal sarısı, dəniz mavisi və kərpic tonları üstünlük təşkil edəcək. Naxışlarda isə böyük həndəsi fiqurlar və klassik xanalı (kose) dizaynlar yenidən dəbə qayıdacaq.
Körpəniz üçün ən son dəbə uyğun geyimləri seçərkən materialın keyfiyyətinə və geyimin rahatlığına üstünlük verməyi unutmayın. Happy Baby mağazalarında təklif etdiyimiz geyimlər ilə körpəniz həm rahat, həm də trendlərə uyğun görünəcək!
English
Azərbaycanca
Руский