Happy Baby mağazalar şəbəkəsi, yarandığı ilk gündən valideynlərin və körpələrin sevimli məkanına çevrilmişdir.
31 Dekabr 2017-ci ildə ilk filialımız müştərilərin üzünə qapılarını açmış və Azərbaycanda ilk dəfə rəsmi olaraq dünyanın ən öncül körpə məhsulları istehsalçılarının məhsullarını təqdim etməyə başlamışdır.
Yarandığı ilk günlərdən mağazada təqdim olunan məhsullar arasında İngiltərə, Almaniya, Polşa, Türkiyə, Rusiya istehsalı premium brendlər olmuşdur.
Yüksək keyfiyyətli məhsullar, mağaza daxili xidmət səviyyəsi, satışdan sonra servis Happy Baby-ni valideyn olmağa hazırlaşan müştərilərin bir nömrəli seçimi etmişdir. Bunun nəticəsində Happy Baby 2019-cu il 21 Aprel tarixində özünün ikinci – Elmlər filialını təsis etmişdir.
Yeni yaranan filial təkcə Azərbaycanın deyil, həm də bütün Cənubi Qafqazın premium brend körpə məhsulların təqdim edən ən böyük mağazası olmuşdur. Hal-hazırda Gənclik və Elmlər filiallarımızdan dünyanın18 ölkəsinin 30-dan çox ən məhşur və öncül istehsalçılarının innovativ, keyfiyyətli və körpələrin sağlamlığına zəmanət verən tam təhlükəsiz məhsullarını əldə edə bilərsiniz. Hər bir müştərinin büdcə, istək və ehtiyaclarını tam ödəməyə imkan verən seçimlərimiz sizin işinizi asanlaşdıracaq. Mağazalarımız körpənizin sağlam və rahat böyüməsi üçün lazım olacaq kiçik aksessuarlar, uşaq arabaları, uşaq otağı mebelləri, oyuncaqlar, tam təbii tərkibli məhsullardan hazırlanmış geyimlərlə xidmətinizdədir.
Premium multibrend mağaza olmaq məqsədini qarşısına qoyan Happy Baby hal-hazırda ABŞ, İngiltərə, Almaniya, İtaliya, İspaniya, Fransa, Hollandiya, Avstriya, Polşa, Türkiyə, Rusiya və digər ölkə şirkətlərinin müasir tələblərə cavab verən məhsullarını təqdim edən Azərbaycanda rəsmi nümayəndəsidir.
Yüksək keyfiyyət və təhlükəsizlik Happy Baby-də təqdim olunan bütün məhsullar üçün əsas kriteriya rolunu oynayır. Qəbul olunmuş beynəlxalq standartlara cavab verməyən, mənşəyi məlum olmayan heç bir məhsul mağazalarımızda təqdim olunmur.
Körpələrimiz üçün təqdim olunan bütün məhsulların Avropa, Amerika təhlükəsizlik və keyfiyyət sertifikatları, eyni zamanda mənşə sertifikatları vardır. ASTM F404 (Standard Consumer Safety Specification) Beynəlxalq təhlükəsizlik sertifikatı, JPMA – (Juvenile Products Manufacturers Association) körpə məhsulları üzrə təhlükəsizlik sertifikatı, İSO 9001(the international standard that specifies requirements for a quality management system) Beynəlxalq keyfiyyət sertifikatı, CPSC (Consumer Product Safety Commission) – ABŞ təhlükəsizlik üzrə uyğunluq sertifikatı (məhsul kateqoriyasından asılı olaraq) bu sertifikatlar siyahısındadır.
Yüksək keyfiyyətli, təhlükəsiz və beynəlxalq keyfiyyət tələblərinə cavab verən məhsulları ölkəmizə idxal etmək missiyasına tam nail olan Happy Baby sosial məsuliyyəti də hər zaman vacib hesab etmişdir. Bu səbəbdən yarandığı ilk günlərdən şəhid, qazi ailələri övladları, az təminatlı gənc ailələrə yardımlar edilir və bu yardımlar hər zaman davam edəcəkdir.
Hər addımında Happy Baby çiçəklənən və günü - gündən inkişaf edən Azərbaycanımızın sağlam gələcəyinə öz töhfəsini verir. Körpələrimiz bizim gələcəyimizdir. Sağlam və xoşbəxt gələcək naminə əlimizdən gələni etməyə israrlıyıq.
Qeyd edək ki, mağazalarımızda olan bütün məhsullar rəsmi qaydada ölkəyə idxal olunur və rəsmi istehsalçı zəmanəti ilə müştərilərə təqdim olunur.
Məhz buna görə HAPPY BABY KÖRPƏNİZ ÜÇÜN ƏN DÜZGÜN SEÇİMdir.
Hörmətlə,
HAPPY BABY KOMANDASI.
Sifarişin məbləği 100 AZN-dən yuxarı olduqda pulsuz çatdırılma edilir.
Bakı və Sumqayıt şəhərlərinde; məhsul çatdırılan zaman nağd pul ödəyə bilərsiniz.
Sifarişinizi saytımızda bank kartları vasitəsi ilə icra edə bilərsiniz.
Onlayn ödənişlərin təhlükəsizliyini Kapital Bank təmin edir.
Sizin səbətiniz boşdur
Mağazaya Gedin