shape
shape

Beşik və yataq dəsti

0 Nəticə

Axtarışınıza uyğun nəticə tapılmadı

Uşaq yataq dəsti

 

Yaxşı yuxu körpənin gündəlik əhvalına, böyüməsinə və ümumi inkişafına birbaşa təsir edir. Amma o yuxunun rahat və gigiyenik olması üçün seçdiyimiz uşaq yataq dəsti də az önəm daşımır. Uşaq yataq dəstiə, dərisi həssas olan balalar üçün həm qoruyucu, həm də sakitləşdirici element rolunu oynayır. Happy Baby olaraq biz sizə təkcə gözəl görsənən deyil, eyni zamanda funksional və sağlamlıq baxımından təhlükəsiz uşaq yataq dəsti modelləri təqdim edirik. İdeal uşaq yataq dəsti seçimi üçün diqqət etməli olduğunuz xüsusiyyətlər sırasına bunlar daxildir:

 

  • 100% pambıq və hipoallergen material

  • Yumşaq toxunuş və dərini qıcıqlandırmayan səth

  • Beşik, çarpayı və fərqli ölçülərə uyğun dəstlər

  • Sevimli naxışlar, pastel rənglər və sakitləşdirici dizaynlar

  • Yuyulduqca formasını və yumşaqlığını itirməyən keyfiyyət

 

 

Valideynlərin ən çox seçdiyi uşaq çarpayıları və beşiklər

 

Uşaq otağının ən vacib elementi körpənizin rahat və təhlükəsiz yatması üçün düzgün uşaq çarpayıları və beşiklər seçimidir. Gözəl yuxu yalnız sakit bir gecə ilə deyil, doğru mebel seçimi ilə başlayır. Valideynlər üçün funksional olan modellər isə alış zamanı daha üstün tutulur. Happy Baby-də təqdim etdiyimiz modellər, bu iki əsas üstünlüyü bir araya gətirir.

 

Ən çox seçilən uşaq çarpayıları və beşiklər aşağıdakı xüsusiyyətləri ilə fərqlənir:

 

  •  Tənzimlənən hündürlük funksiyası

  •  Hipoallergen və nəfəs alan materiallar

  •  Asan yığılma və daşınma imkanı

  •  Yataq dəsti ilə uyğun dizaynlar

  • Təhlükəsizlik standartlarına uyğun hazırlanma prinsipi

 

Bu xüsusiyyətlər, valideynlərin həm gündəlik rahatlığını artırır, həm də uşağın təhlükəsizliyini və rahatlığını təmin edir. Seçim zamanı isə burada yaşa, otağın ölçüsünə və istifadə məqsədinə görə fərqli modellər təklif olunur. Yeni doğulmuşlar üçün klassik beşiklər, böyüyən uşaqlar üçün çevrilə bilən çarpayılar və daha səmərəli istifadə üçün altı saxlama bölməli modelləri mağazamızdan əldə edə bilərsiniz. Siz də balacanızın yuxusuna dəyər qatmaq istəyirsinizsə, Happy Baby onlayn mağazamızda yer alan uşaq çarpayıları və beşiklər modelləri ilə tanış olun. Seçiminizi onlayn edin və ya Gənclik və Elmlər filiallarımızı ziyarət edərək, elə yerindəcə birbaşa alışı həyata keçirin! 

 

Sadalanan bu xüsusiyyətlərə diqqət edərək seçim etsəniz körpənizin yuxusu daha gözəl, inkişafı daha sağlam və gigiyenası isə təhlükəsiz olacaq. Doğru uşaq yataq dəsti seçimi ilə körpəniz hər səhərə daha dinc, siz isə daha rahat oyanacaqsınız. Gəlin, balanızın ilk yuxu təcrübəsini daha yaddaqalan və komfortlu edək. Bunun üçün yataq dəstini Happy Baby ilə birlikdə seçmək kifayət edəcək! Biz  körpəniz üçün hər şeyin ən yaxşısını təklif etməkdən sevinc və qürur hissi duyuruq!

Loading...