Bloq

Körpə İnkişafı Üçün Sağlam Qidalar
  • - Sentyabr 26, 2025

Körpə İnkişafı Üçün Sağlam Qidalar

Körpələrin sağlam böyüməsi və düzgün inkişafı üçün ən vacib şərtlərdən biri olaraq qeyd edə bilərik ki, qida rasionuna təbii qidaların daxil edilməsidir. İlk aylarda ana südü ən faydalı qida mənbəyi hesab edilir. Çünki ana südü immuniteti gücləndirir və uşağın bütün qida maddələrinə olan əsas ehtiyacını qarşılayır. Ana südündən əlavə, körpənin yaşına uyğun olaraq təbii tərəvəz püreləri, təzə meyvələr və taxıl əsaslı qarışıqlar da rasiona daxil edilə bilər. Protein baxımından zəngin yumurta sarısı, dəmir və vitamin qaynağı olan ət püreləri və kalsiumla zəngin süd məhsulları da uşağın sümüklərinin və əzələlərinin sağlam inkişafını dəstəkləyən qida kateqoriyasına daxildir. Xüsusi olaraq qeyd etməliyik ki, bu qidaların heç biri duz və ya şəkər əlavə edilmədən hazırlanmalıdır. Çünki körpələrin orqanizmi hələ tam inkişaf etmədiyindən əlavə maddələrə qarşı həssas olurlar. Hər yeni qida mərhələli şəkildə təqdim edilməli, körpənin reaksiyası izlənməlidir. Qeyd edilən tövsiyyələrə uyğun olaraq körpənizi qidalandırsanız və təbii qidaların düzgün kombinasiyasını etsəniz övladınızın fiziki və zehni inkişafı daha yaxşı olacaq. Amma bunu da nəzərə alın ki, körpələrə əlavə qidalar verməzdən əvvəl mütləq pediatr məsləhəti də alınmalıdır. Çünki bəzi qidalara qarşı xüsusi həssaslıq və ya allergik reaksiyalar baş verə bilər.

 

Valideynlər körpələri üçün düzgün qida seçimini necə edə bilərlər? 

 

Yeni valideyn olan cütlüklər çox zaman övladları üçün qida seçimində tərəddüd edirlər. Hansı qida daha yaxşıdı və ya hansı qida körpəmi narahat etməz deyə suallar onları çox vaxt narahat edir. Bu təbii bir haldır və narahat olmağa dəyməz. Çünki biz bunun üçün sizə dəstək olmağa hazırıq. Belə ki, ilk olaraq seçəcəyiniz qida körpənin yaşına və orqanizmin inkişaf mərhələsinə uyğun olmalıdır. Məhsulların üzərindəki etiketlərin diqqətlə oxunması, tərkibində konservant, süni rəngləndirici və ya qatqıların olmamasına xüsusi diqqət etməlisiniz.  Valideyn olaraq siz körpə üçün qida seçərkən həm də onun mənşəyinə diqqət etməlisiniz. Adətən yerli və təzə məhsullar çox vaxt daha təhlükəsiz və faydalı olur. Əlavə olaraq, yeni məhsul təqdim edərkən pediatrla məsləhətləşmək olduqca vacibdir, çünki hər uşağın ehtiyacları fərqlidir. Faydalı və balanslı qida rasionu qurmaq uşağın gələcək sağlamlığına güclü təməl qoyur. Bununla yanaşı, valideynlər bazarda tanınmış və etibarlı brendlərin məhsullarına da müraciət edə bilərlər. Məsələn, Kabrita körpələr üçün keyfiyyətli alternativlər təqdim edən brendlərdən biridir. Bu brendin məhsullarını əldə edərək siz övladınızın sağlam qidalanmasını təmin edə bilərsiniz. Hardan əldə edə bilərəm deyə sual yaranırsa, təbii ki Happy Baby mağazasının bütün filiallarından, eyni zamanda onlayn platformamızda paylaşılan məhsul çeşidləri arasından bu məhsulları rahatlıqla seçib əldə etmək mümkündür.

@HappyBaby

Share Now

Brendlər

Loading...